7 Dekabr 2019

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

ATİAHİ - nin VIII Məclisi

 

 

  1. "AHİK-in üzv təşkilatlarında hesabat-seçki kompaniyalarının vahid müddətdə keçirilməsi barədə" AHİK-in 28 dekabr 2009-cu il tarixli II Məclisinin qərarının Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının  üzv təşkilatlarında yerinə yetirilməsi barədə.

 

E ş i d i l d i:  

 

          Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan sahə həmkarlar ittifaqlarının hesabat-seçkiləri müxtəlif vaxtlarda keçirildiyi üçün Konfederasiyaya üzv təşkilatlarda  vahid vaxtda hesabat-seçkilərin  keçirilməsində pərakəndəlik yaranmışdı. Bunu aradan qaldırmaq üçün bir neçə sahə həmkarlar ittifaqı AHİK-ə  müraciət edərək bu məsələni müvafiq  surətdə tənzimləməyi xahiş etmişdi.  Bu müraciətləri nəzərə alaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi  28 dekabr 2009-cu il tarixdə müvafiq qərar qəbul etmişdir.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  II Məclisində qəbul edilmiş  qərarın icrasını təmin etmək məqsədilə  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisi də öz növbəsində  uyğun qərar qəbul etməlidir. Belə bir qərar layihəsi  hazırlanmışdır və Sizin  diqqətinizə çatdırılır.  (Sonra Məclis üzvləri qərar layihəsi ilə tanış edildi).


Qərara alındı: 

 

  1. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon, şəhər və rayon hüquqlu təşkilatlarının seçkili orqanlarının səlahiyyət müddəti 2012-ci ilin iyun ayınadək uzadılsın.
  2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon, şəhər və rayon hüquqlu təşkilatlarında 2010-cu ilin aprel – iyun aylarında hesabat yığıncaqları keçirilsin.
  3. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI qurultayı 2012-ci ilin dekabr ayında Bakı şəhərində çağırılsın.
  4. Qərarın icrası üzv təşkilatlara tapşırılsın.
  5. Qərarın icrasına  nəzarət sədrin birinci müavini H. Nağıyevə həvalə edilsin.